ABŞ yenə nüvə sazişindən çıxacağı ilə hədələdi

20:38 - 12 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın "əhəmiyyətli dəyişikliklər" etməyəcəkləri təqdirdə ölkəsinin İranla nüvə sazişindən çıxacağı ilə hədələyib. 
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Axios" nəşrinə İsrail hökumətindəki mənbə bildirib. 
 
Qeyd edək ki, Tramp-Netanyahu  martın 5-də Ağ Evdə baş tutub. "Görüşün əsas mövzusu İran, İran və İran olub", - deyə Netanyahu danışıqlardan sonra jurnalistlərə bildirib. 

Xəbər xətti