Rusiya Suriyada 210 silah növünü sınaqdan çıxarıb.
"Ucnoqta.az"-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Andrey Kondraşovun "Putin" sənədli filmində bildirib.
S. Şoyqu Rusiya Silahlı Qüvvələrinin Suriya geniş təcrübə qazandığını qeyd edib: "Biz 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxardıq. Mən əminəm ki, gələcəkdə bu silahlarla döyüşənlər öz həyatlarını qorumuş olacaqlar".