Müğənni Yuliya Samoylova bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, onun adı bazar günü Birinci kanalda efirə gedən "Vremya" verilişində açıqlanıb.
Samoylova Kiyevdə keçirilmiş "Eurovision-2017"də iştirak etməli idi, lakin Ukraynanın Təhlükəsizlik Xidməti Krımda çıxış etməsi ilə əlaqədar olaraq aktrisanın ölkəyə girişinə 3 il müddətinə qadağa qoyub.
"Eurovision-2018" 8-12 may tarixlərində Lissabon şəhərində keçiriləcək.