Rusiya prezidenti Vladimir Putin NBC telekanalının aparıcısı Mecin Kelliyə müsahibə verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, Putin bildirib ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkəni inkişafdan saxlamaq məqsədi güdür.
"Sanksiyalar xəyali Rusiya vətəndaşlarının ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı deyil. Bunun yeganə səbəbi ABŞ-ın Rusiyanı inkişafına mane olmaq istəyidir", deyə Putin qeyd edib.
O, vurğulayıb ki, Rusiyaya heç bir sahədə sədd çəkilə biməz: "Siz hətta Şimali Koreyanı blokadaya sala bilmirsiniz, nədən danışırsınız? Bunu niyə edirsiniz? Biz əməkdaşlıq etməyi təklif edirik".