Fransa prezidenti Emanuel Makron ABŞ dövlət başçısı Donald Tramp və Şimali Koreyanın lideri Kim Çen In arasında baş tuta biləcək görüşə münasibət bildirib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Makron prezidentlərin təşəbbüsünü alqışlayıb.
Daha əvvəl Donald Tramp KXDR-in lideri Kim Çenin görüş təklifini qəbul edib.
Prezidentlər arasında iki tərəfli görüşün mayda olacağı bildirilir.