ABŞ-ın Kaliforniya ştatında ölkənin ən iri veteranlar evinə edilən silahlı hücumda girov götürülən 3 nəfər və cinayətkar ölü olaraq tapılıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, girovların hər üçü müəssisənin qadın əməkdaşları olublar.
Xüsusi xidmət orqanları hücum edən şəxslə əlaqə yaratmağa çalşsalar da, cəhdləri baş tutmayıb.
Şübhəli emosional travmadan əziyyət çəkən proqramın iştirakçısı olub və iki həftə əvvəl onu proqramdan azad ediblər.