2014-2017-ci illərdə Azərbaycanda 1,6 milyon kubmetr dəniz suyu duzsuzlaşdırılıb.
"Ucnoqta.az"-ın “Trend”ə istinadən məlumatına görə, Xəzər dənizinin duzsuzlaşdırılmış suyu ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib.
Yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə əlavə tikinti-quraşdırma işləri aparmadan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun gücü 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.
Bakı Şirvan Kollektorunda suyun duzsuzlaşdırılaraq suvarmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların gücü sutkada 5000 kubmetrə çatdırılıb.