ABŞ üç pakistanlı terrorçunun başına 11 milyon dollar pul qoydu

17:37 - 9 Mart 2018 - DÜNYA

ABŞ dövlət departamenti Pakistanın “Təhriki Taliban Pakistan” qruplaşmasının lideri molla Fəzlullahın həbsinə kömək edəcək informasiya üçün 5 milyon dollar mükafat vəd edib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, mükafatlar siyahısında daha iki terrorçunun da adı var. “Təhriki Taliban Pakistan” qruplaşması ilə əlaqəsi olan “Cəmaətül-Əhrar” qruplaşmasının lideri Abdulla Vəli üçün 3 milyon dollar, “Ləşkəri-İslam” qruplaşmasının lideri Manqal Baqh üçün də 3 milyon dollar mükafat təyin edilib.
 

Molla Fəzlullah Pakistan taliblərinin ən məşhur və ən çox axtarılan liderlərindən biridir. Onun rəhbərlik etdiyi qruplaşma Pakistan və Amerika maraqlarına qarşı törədilən bir çox terror aktının müəllifidir. 2015-ci ildə ABŞ-da axtarılan terrorçular siyahısına əlavə edilib.

Abdulla Vəli “Cəmaətül-Əhrar” qruplaşmasının lideridir. Onun rəhbərliyi altında mülki əhaliyə, dini azlıq nümayəndələrinə, hərbçi və polisə hücumlar təşkil edilir.
 

Manqal Baqhın liderlik etdiyi qruplaşma NATO maşın karvanına hücum edib. Narkotika alveri, insan oğurluğu kimi işlərdən pul qazanır.

Xəbər xətti