Saakaşvillinin tərəfdarları yenidən Kiyevin mərkəzinə toplaşdı

14:34 - 9 Mart 2018 - DÜNYA

Təqribən iki yüz nəfər Kievin mərkəzində Taras Şevçenko adına parkda toplaşaraq hazırki prezident Pyotr Poroşenkonun və baş prokuror Yuri Lutsenkonun istefasını tələb ediblər.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Etriazçıların tələblərindən biri də Antikorrupsiya Məhkəməsinin yaradılması və seçkilərlə əlaqədar yeni qanunun qəbul olunmasıdır.
Onlar martın 9-da prezidentin açılışını edəcəyi Şevçenko abidəsinin ətrafına toplaşaraq öz tələblərini birbaşa prezidentin özünə çatdıracaqlarını bilidiriblər. Abidənin ətrafı polis tərəfindən dairəyə alınıb.
 
Keçiriləcək aksiyalarla əlaqədar Ukrayna Milli Polis idarəsinin mətbuat xidməti Kiyevin mərkəzində hal-hazırda 500 polis əməkdaşının xidmət göstərdiyini bildirib. Aksiyalarla əlaqədar parka birləşən yolların bağlandığı da qeyd olunub.

Xəbər xətti