Türkiyə Silahlı Qüvvələri (SQ) Afrin rayon mərkəzinin sərhədlərinə çatıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə hərbi mənbələrə istinadən Türkiyə mətbuatı xəbər yayıb.
Türkiyə qoşunları Afrinə gedən yolda yerləşən Əl-Cəviz və Məlkiyyə yaşayış məntəqələrini də terrorçulardan azad edib.
Bu gün səhər saatlarında Türkiyə ordusunun Afrinin mərkəzinin 4 kilometrliyində qərarlaşdığı məlumat verilmişdi.
Qeyd edək ki, Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 159 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
Ötən gün isə Türkiyə SQ "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsinin Cinderes qəsəbəsini tam azad edib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.