ABŞ-ın bu ştatı silah satışına qarşı çıxır

10:40 - 10 Mart 2018 - DÜNYA

ABŞ-ın Florida ştatında silah satışına yeni məhdudiyyətlər qoyan layihə qəbul edilib.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, ştatda silah satışna nəzarət daha da gücləndirilib.  Florida ştatında bəzi müəllim və məktəb işçilərinin silah gəzdirməsinə icazə veriləcək. Eyni zamanda silah almaq üçün minimum yaş 18-dən 21-ə qaldırılıb.
 
Affekt halı və bu kimi bəzi səbəblərə qarşı da tədbir alınıb. Belə ki, silah almaq üçün müraciət edən şəxslər qeydiyyatdan keçdikdən sonra 3 gün gözləməlidir.
Qanun layihəsinin tezliklə qüvvəyə minəcəyi gözlənilir.

Xəbər xətti