Senatorlar Ağ Evi Rusiya ilə danışıqlara ÇAĞIRDI

23:25 - 9 Mart 2018 - DÜNYA

Dörd ABŞ senatoru dövlət katibi Reks Tillersona silahlara nəzarətin gücləndirilməsi ilə bağlı Rusiyayla danışıqlara çağıran məktub ünvanlayıb.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki bu barədə senator Ceff Merklinin saytında məlumat yerləşdirilib.
 
Bitərəf senator Berni Sanders və demokrat senatorlar Edvard Marki, Diana Faynsten və Ceff Merkli bu addımı atmağa Rusiya prezidentinin yeni silahlar barəsində çıxışından sonra qərara gəliblər.
 
“ABŞ və Rusiya arasında strateji dialoq prezident Putinin yeni nüvə silahlarının təkmilləşdirilməsi, START müqaviləsində nəzərdə tutulmamış qanadlı və pilotsuz sualtı nüvə dronu açıqlamasından sonra aktual olmağa başladı” – senatorlar məktubda qeyd ediblər.
 
Xatırladaq ki, Qərb KİV-ində START müqaviləsi adı ilə tanınan sənəd Rusiya Federasiyası ilə ABŞ rasında 2010-cu ildə bağlanmış nüvə silahlarının məhdudlaşdırılması və azaldılmasını nəzərdə tutur.
 

Xəbər xətti