Türkiyənin XİN rəhbəri Afrin əməliyyatının nə vaxt başa çatacağı barədə məlumat verib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, açıqlamaya əsasən, türk ordusu may ayında Afrin əməliyyatını başa çatdıracaq. Bundan sonra isə türk əskəri Şimali İraqda əməliyyatlara başlayacaq.
PKK terror qruplaşmasının İraqdan da təmizlənməsinin lazım olduğunu qeyd edən Çavuşoğlu deyib:
“İraq hökuməti ilə PKK terrorçularına qarşı birgə əməliyyat olacaq. İraqda 12 mayda seçkilər keçiriləcək. Seçkilərdən sonra əməliyyata start verilə bilər”.