Güclü qar və fırtına səbəbindən ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət elan edilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bunlar Nyu York, Nyu Cersi və Massaçusets ştatlarıdır.
Mütəxəssislər kəskin hava şəraitinin hələ bir neçə gün davam edəcəyini bildirərək əhaliyə mümkün qədər evdən bayıra çıxmamaq barədə xəbərdarlıq ediblər.
Bundan başqa Nyu İnqland bölgəsində 2 milyondan çox insan elektrik enerjisiz qalıb.
Ümumilikdə 2600-dən çox təyyarə reysi təxirə salınıb.