Almaniyanın yeni xarici işlər naziri hazırkı ədliyyə naziri Xayko Maas olacaq.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, o, Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) üzvüdür.
Bildirilib ki, ASDP bunu martın 9-da rəsmi olaraq açıqlayacaq.
Hazırkı xarici işlər naziri Ziqmar Qabrielin yaxın zamanda səlahiyyət müddəti başa çatacaq. Xayko Maas 2013-cü ildən ədliyyə naziridir.