NATO-dan Türkiyəyə Afrinə dair tələb

20:00 - 9 Mart 2018 - DÜNYA

Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddəti məhdudlaşdırılmalıdır.

"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib.   
 
"Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır", - deyə Rouz Qetemüller Brüssel Forumunda çıxışı zamanı bildirib. 
 
Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Xəbər xətti