ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini əldə etmək planından imtina edəcyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib.
O S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini xatırladıb. "Mən və hökumətimizin digər üzvləri də onlara S-400-lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq", -deyə general bildirib. Kertis Skalarrotti "digər fəsadlar"ın mahiyyətini açıqlamayıb.
"Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları S-400-lərin NATO standartlarına uyğun gəlmədiyinə inandırmağa çalışırıq" - deyə Kertis Skalarrotti qeyd edib.