Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön bildirib.
«Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib», - deyə Çon In Yön bildirib.
Qeyd edək ki, bundan əvvəl D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib.
Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə dəvət edib.
CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.