Kumık əsilli yazıçı Murad Adcı vəfat edib.
Türkoloq, coğrafiyaşünas, publisist və yazıçı kimi tanınan Murad Adcı 9 dekabr, 1944-cü ildə Moskvada anadan olub. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya İnstitutunu bitirib.
Murad Adcı bir çox əsərin müəllifidir. Onun "Qıpçaq çölünün yovşanı" kitabındatürk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədəniyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.
//Lent.az//