Tramp Şimali Koreya lideri ilə görüşə razılıq verdi

09:48 - 9 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnin nüvə proqramından imtina edəcəyini bildirib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Trampın Tvitterdə yazdığına əsasən, Şimali Koreya nüvə proqramını dondurmur, nüvəsiz silahlara keçid edir.
 

Bundan başqa Kim Çen İn Vaşinqtonla danışıqlar zamanı raket sınaqlarından imtina etməyə hazırdır.
 

“Biz böyük nəticələr əldə etmişik. Amma sanksiyalar qüvvədə qalmalıdır. Sanksiyalar biz razılaşma əldə edənə qədər qüvvədə qalacaq”, - deyə Tramp yazıb.
 

Ağ Evdən verilən məlumatda isə deyilir:
 

“Kim Çen İn avtorital və ya totalitar sistemdə qərar qəbul edən yeganə insandır. Bu səbəbdən belə bir insanla görüş təklifini qəbul etmək əhəmiyyət kəsb edir”.

Xəbər xətti