Türkiyədə Baş nazir postu ləğv ediləcək

17:40 - 7 Mart 2018 - DÜNYA

Türkiyənin prezident respublikasına keçməsi ilə 2019-cu ildə Baş nazir postu ləğv ediləcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bundan başqa, Türkiyə parlamentində deputatların sayı 550-dən 600-dək artırılacaq.
 

Türkiyə mətbuatı parlamentdə yeni komissiyanın yaradılacağını da yazır.
 

Xatırladaq ki, 2017-ci ilin aprelində Türkiyə konstitusiyasına dəyişikliklər haqqında referendum keçirilmişdi.

Xəbər xətti