Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya Prezidenti Vladimir Putini “əsl cüdoçu” adlandırıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, S.Abenin bu fikirləri “Dünya düzəni 2018” sənədli filmində səsləndirilib.
O qeyd edib ki, Tokioda yerləşən əsas cüdo məktəbinə daxil olarkən insanların necə cüdoçu olub-olmadığı bilinir:
“Tatamiyə daxil olarkən cüdoçu dərindən baş əyir. V.Putin ölkə prezidenti olmasına baxmayaraq bu zala daxil olarkən baş əydi. Heç bir şübhə yoxdur ki, V.Putin əsl cüdoçudur”.