Rusiya XİN-dən Türkiyə-Ermənistan protokollarının ləğvinə MÜNASİBƏT

14:03 - 7 Mart 2018 - DÜNYA

"Bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır".
 
 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.
 
 
 
O bildirib ki, Rusiya bu razılığa daha əvvəl də münasibətini bildirib, hətta Sürixdə protokolların imzalanması mərasimində Rusiya nümayəndə heyəti də iştirak edib: “Biz əlaqələrinin normallaşmasını vacib hesab edirik. Bu, hər iki ölkənin maraqları naminədir. Biz öz tərəfimizdən bu məqsədə nail olunması üçün əlimizdən gələni etmişik”. 

Xəbər xətti