ABŞ hökuməti Şimali Koreya ilə danışıqları dayandıra biləcəyini açıqlayıb.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Vaşinqtonun fikrinə görə, rəsmi Pxenyan danışıqlara hazır olması barədə bəyanatlarla vaxt udmağa çalışır. Onun əslində məqsədi nüvə proqramını inkişaf etdirmək üçün vaxt qazanmaqdır.
Ağ Evdən bildiriblər ki, belə bir halda, danışıqlar dayandırıla bilər.
“Şimali Koreya nüvə başlığı və raketlərin kütləvi istehsalı ilə məşğul olur. Bu, hətta sınaqsız da davam edir. Əgər onların planı nüvə arsenalını inkişaf etdirmək üçün vaxt udmaqdısa, danışıqlar başa çatacaq”, - deyə Ağ Evin bəyanatında deyilir.
Bundan başqa, qeyid edilib ki, ABŞ və müttəfiqləri Koreya yarımadasında hərbi təlimlərə davam edəcəklər.