Türkiyədə təxminən 10 aydır ki, qadağan olunan Vikipediya saytı sosial şəbəkədə “Türkiyə üçün darıxdıq” həştəqi ilə kampaniyaya başlayıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir həftə davam edəcək kampaniyada sayt Türkiyə ilə bağlı paylaşımlar edəcəyini bildirib. Profil şəklini dəyişən Vikipediya Türkiyə mədəniyyəti ilə bağlı suallara da cavab verəcəyini əlavə edib.
Xatırladaq ki, Vikipediya “Türkiyəni terrorla eyni müstəvidə göstərməsi” iddiası ilə ölkədə qadağan edilmişdi.