ABŞ-ın Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar həftə ərzində tətbiq edilə bilər.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Senatında çıxışı zamanı ABŞ milli kəşfiyyatın rəhbəri Deniel Kouts bildirib.
“Yeni sanksiyalara baxılır. Maliyyə naziri mənə bildirdi ki, sanksiya siyahısı həftə ərzində dərc ediləcək”, - deyə Deniel Kouts bildirib.