ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın danışıqların keçirilməsinə dair təkliflərini müsbət qiymətləndirib.
“Görünür, Şimali Koreya pozitiv addımlar atmağa başlayıb”, - deyə Tramp Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiq qalmasına dair bəyanatını şərh edərkən deyib.
“Cənubi Koreya və KXDR-dən gələn xəbərlər çox pozitivdir. Bu bütün dünya üçün yaxşı olardı. Mən optimist olmaq istərdim”, - deyə o bildirib.
Qeyd edək ki, Cənubi Koreya hökumətinin yüksək səviyyəli nümayəndə heyəti 5-6 mart tarixində KXDR-ə səfər edərək Kim Çen Inla görüşüb. Tərəflər aprelin sonunda iki ölkə lideri arasında sammitin keçirilməsinə dair razılığa gəliblər. Bundan başqa KXDR ABŞ-la açıq dialoq aparmaq niyyətində olduğunu bildirib.