Koreya Xalq Demokrartik Respublikası (KXDR) ABŞ ilə nüvə silahından imtina məsələsi üzrə açıq dialoq aparmağa hazırdır.
"Ucnoqta.az" Trend-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin Administrasiyası məlumat yayıb.
Müvafiq fikri Cənubi Koreya hökumətinin üzvlərindən ibarət nümayəndə heyətinin KXDR-ə ikigünlük səfəri zamanı Şimali Koreya tərəfi səsləndirib.
Məlumatda deyilir ki, KXDR ABŞ ilə açıq danışmaq, eləcə də nüvə silahından imtina və münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək istəyini ifadə edib.