"8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil ediləcək toplantıya qatılacağıq”.
"Ucnoqta.az" “Report”a istinadənm xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
"Bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Qadınlarla bağlı yanlışlıqları qəbul etmirik. Biz insanları rənginə, dininə, irqinə görə ayırmadığımız kimi, insanları da cinsinə görə ayırmırıq. Bu istiqamətdə olan yanlışlıqların kökünü kəsəcəyik. Peyğəmbərimiz buyurub: “Cənnət anaların ayaqları altındadır”. Mən də deyirəm, analarınızın ayaqlarının altını öpün. Analar nazlıdır ayaqlarını çəkər. Sən də de, ana cənnətin ətrini mənə çoxmu görürsən?!