Cenevrə avtomobil sərgisinin açılışından əvvəl ekspertlər Avropada “ilin avtomobili”ni təyin ediblər.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, “Volvo XC40” krossoveri bu ünvana layiq görülüb.
“BMW”nin 5-ci seriyası ikinci yerə layiq görülüb.
Cənubi Koreya avtomobilləri də Avropada populyardır. “Kia Stinger” modeli bürünc medal qazanıb.
İlk yeddiliyə “Citroen C3 Aircross”, “Audi A8” və “Alfa Rome Stelvio” kimi maşınlar da daxil edilib.
Qeyd edək ki, 54 ildir yayımlanan siyahıda “Volvo” şirkəti ilk dəfədir ki, liderlik edir.