Tramp Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində iştirak edəcək

21:39 - 6 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp ölkəsinin İsraildəki səfirliyinin açılış mərasimində iştirak etmək üçün mayın 14-də Qüdsə səfər edəcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu D.Trampın özü bildirib.

Qeyd edək ki, İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Katz ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə mayın 14-də köçürüləcəyini bildirmişdi. Həmin gün yəhudi dövlətinin elan olunduğu gündür. 

Xəbər xətti