ABŞ-dan Meksika və Kanadaya ağır sanksiyalar

20:00 - 6 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Şimali Amerika Azad Ticarət Müqaviləsinin yenidən formalaşdırılması ilə polad və alüminium idxal vergilərində köklü dəyişikliklər olacağını açıqlayıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, ediləcək dəyişikliklərdən ən çox Meksika və Kanadanın zərər görəcəyini söyləyən Tramp “Polad və alüminium sənayeləri öldü, təəssüf edirəm ki, artıq dəyişiklik vaxtıdır” ifadələrini işlədib.
 

Ağ Evdən bildirilib ki, iki həftəyə rəsmi olaraq qüvvəyə minəcək yeni vergilər poladda 25%, alüminiumda isə 10% artırılacaq və bu, bütün ölkələrə şamil ediləcək.
 

Kanada və Meksika ilə aparılan danışıqların nəticəsiz qalmasının iki ölkənin ABŞ-la bağladığı bütün ticarət müqavilələrinə mənfi təsir edəcəyi bildirilir. Müzakirələrin son görüşü bu həftə Meksikanın paytaxtı Mexikoda keçiriləcək.

Xəbər xətti