Şimali Afrika ölkəsi Sudanın Mərkəzi Darfur əyalətində xolera mikrobunun qarışdığı sudan yarandığı iddia edilən ishal 20 nəfərin ölümünə səbəb olub.
"Ucnoqtaşaz" Ölkə.Az”a istinadən xəbər verir ki, fevralın əvvəllərindən bu yana Nierteti şəhərində 280 nəfərə “ağır sulu diareya” diaqnozu qoyulub, onlardan 20-si bu səbədən ölüb.
Xəstəlik Kuvela, Mara və Korifal kəndlərində daha çox yayılıb. Ağır xəstələr Nierteti Dövlət Xəstəxanasında müalicə alır.
Qeytd edək ki, Sudan Səhiyyə Nazirliyinin ölü sayının artması səbəbindən beynəlxalq yardım təşkilatları ilə ortaq işlərə başladığı bildirilir.