“Brexit ilə bağlı ikinci referendum olmayacaq” - Mey

19:38 - 6 Mart 2018 - DÜNYA

“Britaniyada Brexit ilə bağlı ikinci dəfə referendum olmayacaq”.
 

"Ucnoqta.az" “Qafqazinfo” istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Mey bildirib.
 

Onun sözlərinə görə, hazırkı hökumət geri addım atmaq fikrində deyil. Onlar Britaniyanın Avropa Birliyindən çıxması məsələsində uğur qazanmaq üçün bütün güclərini qoyacaqlar.
 

Qeyd edək ki, Böyük Britaniya 2019-cu ilin martın 29-da Avropa Birliyini tərk edəcək.

Xəbər xətti