Almaniya prezidenti Frank Volter Steinmeyer Angela Merkeli kansler vəzifəsi üçün namizəd kimi Federal Məclisə təklif edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, 14 mart tarixində keçirilməsi nəzərdə tutulan seçimlərdə Xristian Demokrat İttifaqının lideri Merkelin 4-cü dəfə kansler seçiləcəyi gözlənilir.
Merkel bu gün partiyasının baş qərargahı Konrad Adenaurda iclas keçirib və bildirib ki, artıq yeni işlərə başlamaq zamanıdır. Bu da onun yenidən baş nazir –kansler olacağı ilə bağlı ehtimalları artırır.