"İsrail Fələstinlə birbaşa danışıqlara hazırdır" XİN

21:24 - 5 Mart 2018 - DÜNYA

"İsrail əvvəlki kimi fələstinlilərlə birbaşa danışıqlara hazırdır. Lakin belə dialoq üçün məzmunlu proqram lazımdır".
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktorunun müavini Aleksandr Ben-Svi deyib.
 

O qeyd edib: "Əgər razılıq əldə olunsa, biz fələstinlilərlə istənilən yerdə danışıqlar apara bilərik. Əsas olan bunu harada etmək deyil, nə barədə danışmaqdır. Məsələ bundadır. Buna görə də hansısa proqram lazımdır".
 

XİN rəsmisi bildirib ki, danışıqlar tərəflərin təkliflərinin müzakirəsinə əsaslanır:
 

"Biz öz təkliflərimizi iki dəfə - 2000 və 2008-ci illərdə səsləndirmişik. Böyük bir ərazinin verilməsini, ərazilərin mübadiləsini və digər təkliflərlə çıxış etmişik. Fələstinlilər də iki dəfə "xeyr" deyiblər. Belə olan halda bizim ölkəmizdə də daxili təzyiq olur: digər tərəf böyük bir ərazi almaq təklifinə "yox" deyirsə, bəs onlar nə istəyirlər? Bu, sıfır məbləğdən başlayan oyun deyil ki, mən hər şeyi verim, sən isə heç nə. Əgər belədirsə, o zaman razılıq əldə olunmayacaq".

Xəbər xətti