"TripAdvisor" dünyanın 25 "ən yaxşı çimərliyi"nin adlarını açıqlayıb.
Aparılan sorğular nəticəsində Baham adaları yaxınlığında Terks və Kaykos adalarındakı Qreys-Bey çimərliyi ilk yerdə qərarlaşıb.
Şəffaf suyu və xırda qumu ilə seçilən bu çimərlik YUNESKO-nun maddi-mədəni irs nümunələri sırasına da daxil edilib.
İkinci yerdə isə Braziliyanın "Baia do Sancho" çimərliyi qərarlaşıb. Bura vulkanik mənşəli 20-yə yaxın adadan ibarət füsunkar bir yerdir.
Üçüncü yerdə isə Kubanın "Varadero" çimərliyi yer alıb.
Avropa qitəsinin ən yaxşı çimərliyi adını isə İspaniyada La-Konça çimərliyi qazanıb.
//Trend//