Suriya prezidenti Bəşər Əsəd Afrinə gecən güclərin rejimə bağlı olduqlarını ilk dəfə etiraf edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Afrindəki mübarizəyə hökumət qüvvələrinin də qoşulması ilə bağlı xəbər yayılsa da, Əsəd rejimi əvvəl bunu inkar etmişdi.
Əsəd bildirib ki, xalq güclərinin Afrinə daxil olması olduqca normaldır: “Xaricilərin təhdidi müzakirə mövzusu olduqda bütün güclər birləşmək məcburiyyətindədirlər".
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu YPG terrorçuları ilə Bəşər Əsədin razılıq əldə etdiyinə dair yayılan iddialara belə reaksiya vermişdi: “Əsəd rejimi YPG-yə dəstək üçün gələrsə, bizi dayandıra bilməzlər”.