Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq istəyir

21:55 - 5 Mart 2018 - DÜNYA

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Amsterdamdan "Vahid Milli Hərəkat" (VMH) Partiyasından olan silahdaşlarına səslənərək onları oktyabr ayında keçiriləcək prezident seçkilərində müxalifət adından vahid namizəd irəli sürülməsi ilə bağlı digər partiyalarla danışıqlara başlamağa çağırıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" Gürcüstan KİV-inə istinadən xəbər verir.

"Biz artıq 2018-ci ildə hakimiyyətə qayıtmalıyıq. Bunu nece edəcəyik? Prezident seçkilərini qazanmaq və bununla İvanişvilinin (Bidzina İvanişvili, keçmiş baş nazir, milyarder - red.) hakimiyyətinə son qoymalıyıq, onun feodal sarayını məhv etməliyik", - M.Saakaşvili VHM üzvlərinə videomüraciətində deyib.

Xəbər xətti