ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini dayandırıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, səfirlik bu haqda açıqlama yayaraq qərarın təhlükəsizlik tədbirləri üçün verildiyini bildirib.
Diplomatik qurum Türkiyədə olan ABŞ vətəndaşlarına müraciət edərək səfirlik binasına gəlməmələrini və həmçinin, insanların çox olduqları yerlərə getməmələrini tövsiyə edib.
Səfirliyin 1 gün ərzində heç bir xidmət göstərməyəcəyi qeyd olunub.