Şərqi Qutada iki həftə ərzində 600-ə yaxın insan həlak olub

21:29 - 4 Mart 2018 - DÜNYA

Suriyanın Şərqi Quta rayonunda son iki həftə ərzində hava zərbələri və hücumlar nəticəsində 600-ə yaxın insan həlak olub.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Suriya böhranı üzrə BMT-nin humanitar yardım koordinatoru Panos Moumtsis bildirib.

 

P.Moumtsis: "Fevralın 18-dən hava zərbələri və hücumlar nəticəsində bu ərazidə 600-ə yaxın insan həlak olub. Eyni zamanda 2 mindən artıq insan yaralanıb".

 

Qeyd edək ki, fevralın 24-ü BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriyada 30 günlük atəşkəs rejiminin tətbiq olunması və ölkədə gələcəkdə humanitar əməliyyatların keçirilməsi barədə qətnamə qəbul edib. Sənəd bütün tərəfləri "yubanmadan toqquşmaları dayandırmağa" və bütün Suriya ərazisində ən azı 30 gün uzun müddətli humanitar fasilənin təmin edilməsinə sadiq olmağı tələb edir.

Xəbər xətti