Moskvanın mərkəzində Kseniya Sobçaka hücum olub

20:00 - 4 Mart 2018 - DÜNYA

Moskva şəhərinin mərkəzində Rusiya prezidentliyinə namizəd Kseniya Sobçaka hücum olub.

 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Seçkiqabağı qərargahın mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

 

Bildirilir ki, deputat Aleksey Şapoşnikovun şəxsi köməkçisi Alan Zaqoyev Mixail Qorbaçovun ad gününə həsr olunmuş tədbirin keçirildiyi Petrovski Yol Sarayının çıxışında Kseniya Sobçaka hücum edib. O, "Bu, Jirinovskiyə görədir" qışqıraraq Sobçakın üzünə su atıb və onu itələyib. Nəticədə prezidentliyə namizəd yerə yıxılıb. Sobçakın mühafizəçiləri xuliqanı tutublar. Əraziyə polis cəlb olunub.

 

Fevralın 28-də televiziyada seçkiqabağı debatlar zamanı "Vətəndaş təşəbbüsü" Partiyasından namizədliyi irəli sürülən Kseniya Sobçak Rusiya Liberal Demokrat Partiyasından namizəd Vladimir Jirinovskinin üzünə su atıb.

Xəbər xətti