Fransa səfirliyinə silahlı hücum, atışma davam edir

17:07 - 2 Mart 2018 - DÜNYA

Afrika ölkələrindən olan Burkina Fasonun paytaxtından terror aktı baş verib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fransa XİN-nin xüsusi elçisi tvitter hesabında yazıb. 
 

Məlumata görə, partlayışdan sonra silah səsləri eşidilib. Bir qrup maskalı şəxs Baş Qərargahın mühafizəçilərinə hücum edib. Daha sonra isə həmin ərazidə yerləşən Fransa səfirliyi və Fransa İnstitutuna hücum təşkil edilib. 
 

Fransa səfirliyi vətəndaşlarına xəbərdarlıq edərək bölgədən uzaqlaşmaları ilə bağlı çağırış edib. Atışmanın davam etdiyi bildirilir. 

Xəbər xətti