Yenidən terror törətdilər: 4 ölü

16:09 - 2 Mart 2018 - DÜNYA

Somalidə bombalı hücum nəticəsində 4 nəfər ölüb.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, ölkənin paytaxtı Moqadişu şəhərində Əş-Şəbab terror təşkilatı tərəfindən təşkil olunan hücumda biri əsgər olmaqla 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölüm sayının artacağı istisna olunmur. Məlumatda bildirilir ki, terror təşkilatı şəhətrafı qəsəbələrdən birini hədəfə alıb. Somali orqanlarından hələ ki hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Xəbər xətti