ABŞ 2019-cu ildə hiper səs silahının çoxsaylı sınağını keçirəcək.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun perspektiv tədqiqatlar idarəsinin rəisi Stiven Uoker verib. Uoker bildirib ki, idarənin əsas hədəfi hiper səs silahını istehsal etməkdir. Silahın istehsalı BBC və NASA, ordu və hərbi dəniz qüvvələri məşğul olur.
“Bu silah sistemlərini 2019-cu ildə sınaqdan keçirməyə hazırlaşırıq. Siz bir çox sınağın şahidi olacaqsınız. Bu sistemin böyük potensialı olacaq”,- deyə Uoker əlavə edib.
Bundan başqa mərkəzin direktorunun sözlərinə əsasən, Rusiya və Çin də hiper səs silahı sahəsində addımlar atırlar.
Qeyd edək ki, 1 mart tarixində Rusiya prezidenti Vladimir Putin yeni qitələrarası ballistik raketdən danışmışdı.