ABŞ istənilən təhlükəyə qarşı hazırlıqlıdır

22:35 - 2 Mart 2018 - DÜNYA

“ABŞ hərbi qüvvələri istənilən təhlükəyə qarşı hazırlıqlıdır”.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pentaqon sözçüsü Dana Uayt çıxış edib.
 
Rusiya prezidenti Vladimir Putinin ölkəsinin analoqu olmayan yeni nüvə silahına sahib olması ilə bağlı  açıqlamasına münasibət bildirən  Dana Uayt  bildirib ki, buna təəccüblənmirlər.
 
O bildirib ki, ABŞ hərbi qüvvələri tam hazırlıqlıdır: “Amerikan xalqı əmin olsun ki, biz daim hazırlıqlıyıq”.

Xəbər xətti