Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyi 30 illik qadağadan sonra martın 1-dən etibarən kinoteatrlara fəaliyyətin bərpası üçün lisenziyalar verməyə başlayıb.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında kinoteatrların fəaliyyətinə qadağa 1980-ci illərin əvvəlindən qoyulub. Ölkə vətəndaşları kinoya baxmaq üçün əsasən Bəhreynə üz tuturdular.
Məlumata görə, ölkədə 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin fəaliyyət göstərəcəyi planlaşdırılıb. Filmlərin ciddi senzuradan keçiriləcəyi gözlənilir.