Avropada anomal soyuqlar 50 nəfərin ölümünə səbəb oldu

17:35 - 1 Mart 2018 - DÜNYA

Avropada anomal şaxtalar insan ölümü ilə nəticələnib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, şaxtalar nəticəsində Avropada 50-ə yaxın insan ölüb. Onlardan 32-i Polşada dünyasını dəyişib.
 

Digərləri isə, Çexiya, Fransa, Britaniya, İtaliya və İspaniya sakinləridir.
 

Qeyd edək ki, Edinburq və Cenevrə hava limanları şiddətli qar yağışı səbəbindən bağlanıb.

Xəbər xətti