İran dollarla idxala qadağa qoydu

16:02 - 1 Mart 2018 - DÜNYA

İran Mərkəzi Bankı kommersiya müəssisələrinə ABŞ dollarından istifadə edərək məhsul idxalını qadağan etdiyini açıqlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, idxalçılar dollar əvəzinə digər valyuta vahidləri ilə sifarişlər verə bilər. Mərkəzi Bank bildirib ki, qadağaya qədər dollarla olan idxalın heç bir təhlükəsi yoxdur. 
 

İran mediası bu qərarın Amerikanın İran bankçılıq sistemi üzərinə qoyduğu məhdudiyyətlərə görə alındığını açıqlayıb.

Xəbər xətti