Ermənistan Müdafiə Nazirliyində 83 milyonluq oğurluq - Komandir müavini həbs edildi

14:41 - 1 Mart 2018 - DÜNYA

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasında küllü miqdarda oğurluq olub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlum olub ki, 2015-2017-ci illərdə Bazadan 43 milyon dram (təxminən 83 milyon dollar) həcmində  dərman və avadanlıq oğurlanıb. 
 

Faktla bağlı cinayət işi açılıb. Hərbi hissə komandirinin müavini, mayor L.A saxlanılıb. Cinayətdə əli olan digər şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər görülür.  

Xəbər xətti